Elm | Günəş sistemindən kənarda gözlənilməz kəşf - VİDEO, FOTO

Elm | Günəş sistemindən kənarda gözlənilməz kəşf - VİDEO, FOTO
  26 İyul 2013    Oxunub:2439
“Voyacer-1” zondu bu yaxınlarda Günəş sistemindən kənarda qəribə bir zonaya daxil olub. Yada salaq ki, 1980-ci ildə buraxılan “Voyacer-1” bir müddət əvvəl Günəş Sisteminin sərhədinə çatmışdı. O vaxtdan ulduzlararası fəzada hərəkətinə davam edir. Hazırda o, Yerdən 120 astronomik vahid qədər (yəni Yerlə Günəş arasındakı məsafənin 120 misli qədər) uzaqlaşıb.

Aparatın Günəş sistemindən kənarda nələrlə qarşılaşacağı barədə irəli sürülən fərziyyələrin heç biri doğrulmayıb. Məsələ ondadır ki, Günəş sistemindən qıraqda olanda aparat həm kənar qalaktikaların, həm də Günəşin özünün təsirinə daha çox məruz qalır.

Günəşdən kənara – ulduzlararası fəzaya,- doğru güclü Günəş küləyi “əsir”. Bu, Günəşdən çıxan yüklü zərrəcikərin axınıdır və saatda milyon kilometrdən böyük sürətlə hərəkət edir. Günəş küləyi başqa ulduzlardan gələn yüklü zərrəciklər axınını kosmik fəzada neytrallaşdırır.

Bu axın eyni zamanda Günəşin maqnit sahəsini təşkil edir. Amma qalaktikanın özünün də ayrıca maqnit sahəsi var və Günəşin maqnit sahəsi ilə iri bucaq altında kəsişir.

Hazırda “Voyacer-1” Günəş küləyinin təsirindən çıxıb və kosmik şüaların (başqa ulduzlardan gələn zərəciklər axınının) təsirinə düşüb. Sanki bir növ Günəşin təsir zonasından tamamilə çıxıb. Və burada da maraqlı bir vəziyyətlə üzləşib.

Məsələ ondadır ki, əgər Günəş küləyi əsmirsə, qalaktik şüalar bir növ bütün tərəflərdən cismi əhatə etməlidir. Amma “Voyacer-1”in cihazlarının yerə ötürdüyü məlumata görə, onlar əksinə, bir tərəfdən gəlirlər.
Bundan başqa, Günəş küləyinin intensivliyi kəskin şəkildə azalsa da, aparatı əhatə edən kosmik maqnit sahəsində elə bir güclənmə qeydə alınmayıb. Alimlər hələ ki bunun səbəbni izah edə bilmirlər. “Bu, tamamilə gözlənilməz oldu”,- deyə astronom Mera Ofer “Scince” jurnalına bildirib.

Oferin sözlərinə görə, əgər Günəş Sistemini evə bənzətsək, “Voyacer-1” sanki bu evdən çıxıb, amma onun həyətində qalmaqda davam edir. Belə bir “həyət”in olması indiyə qədər elmə məlum deyildi.

Əgər belədirsə, onda bir neçə aydan sonra “Voyacer-1” Günəş sisteminin təsirindən tam çıxanda vəziyyət dəyişməlidir. Amma ola da bilər ki, belə deyil. Sadəcə, mümkündür ki, astronomların Günəş sistemindən kənarda vəziyyətin necə olması barədə modelləri əvvəldən yanlış olub.

Tariyel



Qalereya




Teqlər:  





Xəbər lenti